RU

Tramp Ərdoğan görüşünün DETALLARI

Cebheinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son görüşündə Qəzzadakı vəziyyət və atəşkəs perspektivləri əsas müzakirə mövzusu olub.

“Cebheinfo.az”-ın məlumatına görə, “Hürriyet” qəzeti belə yazır. 

Türkiyə mənbələrinin məlumatına görə, iki lider arasında dialoq konstruktiv atmosferdə keçib.

Qeyd edilir ki, danışıqlarda Türkiyənin davamlı atəşkəsin əldə edilməsində mümkün roluna toxunulub. 

“Ankaradakı siyasi müşahidəçilərin fikrincə, Ərdoğan müsəlman dünyasında əhəmiyyətli nüfuzu ilə İsrail, Fələstin və Qərb ölkələri arasında əsas vasitəçi ola bilər.Bu, Trampın böyük siyasətə qayıtması fonunda özünü sülhün memarı kimi göstərmək üçün fürsət yaradır.

Türkiyə ərəb dövlətləri arasında razılığa gəlsə və atəşkəs ideyasını irəli sürə bilsə, məhz Ərdoğan Tramp vasitəsilə beynəlxalq miqyasda diplomatik uğur qazanacaq bir fiqur olmağa qadirdir. 

Belə bir ssenari, türkiyəli analitiklərin fikrincə, Trampın sülhməramlı imicini gücləndirə və hətta ona Nobel Sülh Mükafatını qazanmaq şansı yarada bilər.Ərdoğan üçün bu cür əməkdaşlıq həm də siyasi əhəmiyyət daşıyır. Türkiyə özünü sülh təşəbbüslərinin mərkəzi və qlobal proseslərə təsir edə bilən müstəqil bir güc  kimi təqdim edəcək. 

Beləliklə, Yaxın Şərq nizamlanması kontekstində iki lider arasında mümkün qarşılıqlı əlaqə onların hər ikisinə divident gətirə bilər. Ərdoğana beynəlxalq nüfuz aləmində, Trampa isə rəmzi tanınma sahəsində  ilin ən şöhrətli sülhməramlısı statusuna qədər”, - deyə nəşrin məlumatında bildirilir.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
1
cebheinfo.az

2Источники