RU

Birdən birə getdi ... Qəfil ölüm insanlara psixoloji və mənəvi sarsıntı yaşadır

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son vaxtlar qəfil ölümlər nə qədər çoxalıb. İnsanların qəfil ölümü məni o qədər məyus edir ki...

Fikir vermisinizmi, onların yaşlarına? Demək olar ki, hamısı gənc. Dözmürlər, ölümü gözləməyə. Tələsirlər, ölməyə, sanki...

Ölüm haqdır. Ancaq kiminsə vaxtsız ölümü adamı yandırır, o ki, qala yaxının ola. Nə qədər arzular yarımçıq qalır, valideynin beli bükülür, övladın boynu bükük qalır...

Hələ bu azmış kimi intiharlar da bir tərəfdən... Öz-özünə sual verirsən ki, 70 yaşında, 20 yaşında adamlar niyə intihar edir? Gör, həyata ümidləri sönüb ki, ölməyi seçirlər...

“Filankəs qəfil öldü”, “heç nədən öldü” deyəndə, ya hardasa oxuyanda elə bil səni yüksək voltda cərəyan vurur. Bir adam aylarla, illərlə xəstə yatağında yatanda, onun ölümü qəfil ölən adam kimi sənə təsir etmir. Çünki hazırlıqlı olursan. Elə xəstələr var ki, yaşamır, sanki sürünür. Öləndə, hətta bəzən deyirlər “canı qurtardı zülmdən”.

Kimin şeiridir, dəqiq yadımda deyil. Deyir: “İnsan var ölümnən murada çatır”. Mən eşitməmişəm desinlər: "qəfil xoşu gəldi", "qəfil arzuladı". Uyğun da gəlmir. Sanki, bu söz ölümə biçilib. Qəfil sözü məni ürküdür. “Qəfil getdi”, “qəfil yıxıldı”, “qəfil öldü”...

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
19
bizimyol.info

1Источники