RU

İlham Əliyev və Mehriban Əliyeva Xankəndi stadionundakı tarixi oyunu izləyirlər - YENİLƏNİB + VİDEO

Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.

Moderator.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.

Sonra ulu öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.

Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” - MOİK görüşü başlayıb.

13:48

Prezident İlham Əliyev futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutacaq oyundan əvvəl Xankəndi şəhər stadionunda çıxış edib.

Həmin çıxışı təqdim edirik:

13:44

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında baş tutacaq oyunu izləmək üçün Xankəndi şəhər stadionuna gəliblər. 

Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib. 

Bundan sonra torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

12:36

 
Xəbər verdiyimiz kimi, bu gün Xankəndi şəhərində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçiriləcək.
 
Moderator.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edəcək. Çıxışı bir qədər sonra canlı izləmək mümkün olacaq.
 
Dövlət başçısı daha sonra tarixi oyunu izləyəcək.
 
Избранный
360
42
moderator.az

10Источники