Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.
Manset.az xəbər verir ki, bu barədə məlumatı V.Orbanın Ofisi yayıb.
Bildirilib ki, o, oktyabrın 6-7-də baş tutacaq səfəri zamanı Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşündə iştirak edəcək.
Bununla yanaşı, Baş nazir ikitərəfli görüşlər də keçirəcək.