RU

Milyarder İbrahim Süleymanovun azı üç şəriki saxlanılıb

Ajans.az xəbər verir ki,bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadla məlumat yayıb. “Müstəntiqlər tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Süleymanovun azı üç tərəfdaşı saxlanılıb,” – deyə mənbə bildirib. Həmin şəxslərin 2021-ci ildə qətlə cəhd hadisəsində iştirak etdikləri bildirilir. İstintaqın versiyasına görə, qətl cəhdi məhz İbrahim Süleymanovun göstərişi ilə həyata keçirilib. Lakin cinayət başa çatdırıla bilməyib və qurban sağ qalıb. Xatırladaq ki, İbrahim Süleymanov iki qətldə və bir qətlə cəhddə ittiham olunur. Hazırkı ittihamlar sübuta yetirilərsə, onu ömürlük həbs cəzası gözləyir.

 

Избранный
4
Ajans.az

1Источники