Bakı.Trend:
Bakıda usta çalışdığı zavodun dam örtüyündən yıxılaraq ölüb.
Trend-inməlumatına görə, hadisə oktyabrın 5-i saat 15 radələrində Sahilqəsəbəsinin ərazisində yerləşən kərpic zavodunda baş verib.
Belə ki, İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü ƏfqanƏdalət oğlu Babayev kərpic zavodunun dam örtüyünü təmir edərkənyıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.