RU

Köməksiz vəziyyətdə qalan alpinistlərlə əlaqə yaradıldı

Tibetdə Everst dağının şərq yamacında şiddətli qar fırtınası səbəbindən köməksiz vəziyyətdə qalan 1000-ə yaxın turist xilas edilib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, xilasedicilər və yerli sakinlər 350 turisti qardan çıxarıblar.

Hazırda yaxınlıqdakı Qudan şəhərinə 350 turist gəlib, daha bir neçə yüz nəfər isə yoldadır. Everestin altındakı yamacda 200-ə yaxın insan qalıb və onlarla əlaqə yaradılıb.  Xilasetmə işləri davam etdirilir. 

Избранный
101
2
unikal.az

3Источники