RU

Mixail Saakaşvili Qərbə etiraz etdi

BAKI, 6 oktyabr. TELEQRAF

“Gürcüstanda keçirilən seçkilər boykot edilməli idi”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

“Qərb mətbuatı fəal şəkildə məlumat yayır ki, Gürcüstanda yerli seçkilərdə “Gürcü Arzusu” qalib gəlib, amma insanlar küçələrdə seçkinin nəticələrinə etiraz edirlər. Ona görə də bu seçkilərdə iştirak etmək səhv idi, seçkiləri boykot edib ümumxalq mitinqi keçirmək düzgün idi”, - Mixail Saakaşvili qeyd edib.

Xatırladaq ki, oktyabrında 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Seçkilərdə hakim “Gürcü Arzusu” Partiyası qalib gəlib. Ölkə müxalifəti həmin gün paytaxt Tbilisidə etiraz aksiyalarına başlayıb.

Избранный
73
2
teleqraf.com

3Источники