RU

Dünyanın ən uzunömürlü heyvanları

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yerdəki bəzi növlər yüz illərlə, hətta iki min ildən çox yaşaya bilərlər.

Oxu.Az "IFLScience"a istinadən xəbər verir ki, onların bir çoxu okeanlarda ömür sürür.

2015-ci ildə alimlər Havay adaları yaxınlığında təxminən 2133 metr dərinlikdə indiyə qədər qeydə alınmış ən böyük dəniz süngəri kəşf ediblər. Ölçüləri 3,7 x 2,1 metr olan canlı yavaş-yavaş böyüyür. Alimlərin hesablamaları göstərir ki, bu ölçülərə çatmaq üçün ona 2300 ildən çox vaxt lazım olub.

Qrenlandiya köpəkbalığı yer üzündə ən uzunömürlü onurğalılardandır. Alimlər onların yavaş inkişaf etdiyinə görə 400 ilə qədər yaşaya bildiklərini müəyyən ediblər. Ancaq bu köpəkbalıqlarının orta ömrü təxminən 200 ildir.

Qeyri-adi molyusk hesab edilən "Arctica islandica" növünün ikiqapaqlıları 500 ildən çox yaşaya bilir. Qeydə alınmış ən qədim nümunənin 507 yaşı var. Ona Min adı verilib. Lakin Min alimlər tərəfindən araşdırma üçün dondurulduqdan sonra ölüb.

"Turritopsis dohrnii" meduzaları faktiki olaraq ölməz hesab olunur. Onların uzunömürlü olmasının sirri bu dəniz canlılarının ölməkdən imtina etmələrindədir. Ölməz meduza yaralananda və ya ac qaldıqda dəniz dibinə enir və parçalanmağa başlayır. Lakin onların hüceyrələri ənənəvi mənada ölmək əvəzinə, meduza həyatının ən erkən mərhələsi olan poliplərə çevrilirlər.

Qrenlandiya balinası Yer kürəsinin ən uzunömürlü məməlisi adına iddialı olaraq qalır. Bu dəniz heyvanları 200 ildən çox yaşaya bilirlər, baxmayaraq ki, onların orta ömrü cəmi 40 ildir.

Nəhəng Seyşel tısbağası ən uzunömürlü quru heyvanıdır. Conatan adlı nəhəng tısbağanın 193 yaşı var. O, həm də Ginnesin Rekordlar Kitabına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
27
oxu.az

10Источники