BAKI, 6 oktyabr. TELEQRAF
Almaniya kansleri Fridrix Merts ölkə səmasında müşahidə olunan dronları "ciddi təhdid" adlandırıb.
Teleqraf xəbər verir ki, o, bu barədə ARD telekanalına danışıb
O qeyd edib ki, dronlar silah daşımayıb, yalnız kəşfiyyat və əhali arasında qorxu yaratmaq məqsədi daşıyır.
“Bu casusluq cəhdləridir və biz bununla bağlı tədbir görəcəyik, lakin ehtiyatlı və uzaqgörən şəkildə”, – Merts əlavə edib.