RU

Danışıqlar nəticəsiz qalsa İsrail Qəzzada döyüşləri bərpa edəcək

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

İsrail ordusu danışıqların nəticəsiz qalacağı təqdirdə Qəzza zolağında genişmiqyaslı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

APA xəbər verir ki, bunu İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib.

Zamir vurğulayıb ki, ordu hazırda əməliyyatların intensivliyini azaldıb, lakin onları tam dayandırmayıb.

"Atəşkəs yoxdur, amma əməliyyat statusu dəyişib - siyasi rəhbərlik sizin hərbi əməliyyatlar vasitəsilə əldə etdiyiniz resurslardan və nailiyyətlərdən istifadə edir və onları siyasi qazanclara çevirir. Bu siyasi addım uğursuz olarsa, biz hərbi əməliyyatlara qayıdacayıq", - Zamir bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
28
2
apa.az

3Источники