RU

ChatGPT-də qətl planlaşdırdı, həbs edildi

ABŞ-nin Florida ştatında 13 yaşlı məktəbli ChatGPT-də qətl planlaşdırmaqla bağlı sorğu yazdıqdan sonra saxlanılıb. Metbuat.az xəbər verir ki, bu barədə Techoreon məlumat yayıb. Hadisə Florida ştatının Volusiya dairəsində yerləşən South Western Middle School məktəbində baş verib. Məktəbin monitorinq sistemi "Gaggle" istifadəçi tərəfindən ChatGPT-yə göndərilən “Dərsin ortasında dostumu necə öldürə bilərəm?” sorğusunu aşkar edib. Bu isə yerli hüquq-mühafizə orqanlarının və məktəb rəhbərliyinin dərhal müdaxiləsinə səbəb olub. Volusiya dairəsinin şerif idarəsi hadisəni məktəb fövqəladə vəziyyəti kimi qiymətləndirib. Hadisə yerinə gələn polis əməkdaşları yeniyetməni saxlayaraq yeniyetmələr üçün nəzərdə tutulan təcridxanaya aparıblar. İnternetdə yayılan videoda polisin məktəblini binadan çıxardığı görünür. Hazırda ona qarşı irəli sürülən ittihamlar və mümkün cəza barədə məlumat verilməyib.

Gaggle sistemi süni intellekt (AI) əsaslı monitorinq alətidir. Məktəblər bu sistemi şagird hesablarında zorakılıq, təcavüz, narkotiklər və ya özünə zərər vermə ilə bağlı məzmunu aşkarlamaq və potensial təhlükəli vəziyyətlərin qarşısını almaq məqsədilə istifadə edirlər.

Избранный
17
1
metbuat.az

2Источники