RU

Göygöldə avtomobillər toqquşsdu - Yaralılar var

Göygöldə 4 nəfər xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Unikal.az)

Избранный
48
2
news24.az

3Источники