Göygöldə 4 nəfər xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.