RU

Mirziyoyev Azərbaycana gəlir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev oktyabrın 6-7-də Azərbaycanda işgüzar səfərdə olacaq.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

O, oktyabrın 6-7-də Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak edəcək. 

Məlumata görə, “Regional sülh və təhlükəsizlik” mövzusu altında keçirilən görüşün gündəliyinə Təşkilat çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da inkişafı və dərinləşdirilməsi ilə bağlı cari məsələlər daxildir.

“Siyasi, ticarət-iqtisadi, innovasiya, investisiya, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər prioritet sahələrdə praktiki əməkdaşlığın perspektivləri müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunub.

TDT Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanı birləşdirən türk ölkələrinin beynəlxalq əməkdaşlıq təşkilatıdır. TDT-nin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Избранный
21
unikal.az

1Источники