Formula 1-də növbəti yarış Sinqapurda baş tutub.
Offsideplus.az xəbər verir ki, "Mersedes"in pilotu Corc Rassell mövsümdə 2-ci qələbəsini qazanıb.
2-ci yeri "Red Bull" sürücüsü Maks Ferstappen, 3-cü yeri isə "Maklaren"dən Lando Norris tutub.
Çempionatın lideri Oskar Piastri yarışı 4-cü yerdə bitirib.
"Maklaren" Sinqapurda "Mühəndislər Kuboku"nu əldə edib. Onlar 650 xalla çempionluğu təmin edib.
Növbəti yarış 2 həftə sonra ABŞ-da baş tutacaq.