RU

İngiltərədə naməlum şəxslər məscidi yandırıb


Polis bazar günü İngiltərənin cənubundakı məscidə edilən şübhəli hücumu “nifrət cinayəti” kimi araşdırdıqlarını açıqlayıb.
Yeniavaz.com
“Reuters”ə istinadən xəbər verir ki, hadisə, sinaqoqa edilən ölümcül hücumdan cəmi bir neçə gün sonra baş verib.
Məlumata görə, insident şənbə günü axşam saatlarında ölkənin cənub sahilində yerləşən Pickhaven şəhərində baş verib. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Rəsmilərin bildirdiyinə görə, xəsarət alan olmasa da, baş verən yanğın məscidin əsas girişinə və çöldə dayanmış avtomobilə ciddi ziyan vurub.
Bu hücum, ötən cümə axşamı Mançesterin şimalında yerləşən sinaqoqa edilən və iki nəfərin ölümü, üç nəfərin isə ağır yaralanması ilə nəticələnən hadisədən qısa müddət sonra baş verib.
Избранный
52
yeniavaz.com

1Источники