Səlcuq Şahin “Eyüpspor”un baş məşqçisi vəzifəsindən ayrılıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Arda Turan "Şaxtyor Donetsk"lə müqavilə imzaladıqdan sonra Səlcuq Şahin "Eyüpspor"un baş məşqçisi olub və Super Liqada 8 oyun keçirib. Şahin bir qələbə, iki heç-heçə və altı məğlubiyyət qeyd edib. “Eyüpspor” 8 oyundan sonra 5 xalla liqada 16-cı pillədə qərarlaşıb.