Türkiyənin Kahramanmaraş şəhərində şənlik mərasimində kütləvi dava olub.
Bu barədə Publika.az yerli mediaya istinadən xəbər verir. Məlumata görə, Dulkadiroğlu adlanan ərazidə dava zamanı 6 nəfər bıçaqlanıb.
Hadisə yerinə polis və təcili yardım cəlb olunub. İki qrup arasında yaranan davadan sonra bıçaq xəsarətləri almış yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.