RU

Tramp İllinoysa 300 Milli Qvardiya əsgəri göndərəcək – Qubernator

İllinoys ştatının qubernatoru C.Robert Pritzker bəyan edib ki, ABŞ prezidenti Donald Tramp ştatda cinayətkarlıqla mübarizə adı altında 300 Milli Qvardiya əsgəri yerləşdirmək niyyətindədir. Musavat.com xəbər verir ki, qubernator bunu X hesabında paylaşıb: “Bu səhər Tramp administrasiyasının Müdafiə Nazirliyi mənə ultimatum verdi: “Qoşunlarınızı çağırın, yoxsa biz edəcəyik”. Yaxın saatlarda Tramp administrasiyası İllinoys ştatının Milli Qvardiyasının 300 əsgərini federal nəzarətə keçirməyi planlaşdırır”.

Pritzker əmindir ki, bu tələb “İllinoys xalqına qarşı təcavüzün görünməmiş eskalasiyasının” son mərhələsidir.

Tramp sentyabr ayında Milli Qvardiya qoşunlarının İllinoys ştatının ən böyük şəhəri olan Çikaqoya yerləşdiriləcəyini açıqlasa da, bunun dəqiq nə vaxt olacağını açıqlamayıb. Tramp İllinoysun demokrat qubernatorunu Çikaqoda təhlükəsizliyi təmin edə bilmədiyi üçün dəfələrlə tənqid edib. Amerika liderinin sözlərinə görə, şəhərin dəhşətli cinayət nisbəti onu “cəhənnəm dəliyi”nə çevirib. Pritzker isə öz növbəsində, Trampın özünü diktator hesab etdiyini və Amerika şəhərini müharibə ilə hədələdiyini bildirib.

Musavat.com

Избранный
45
8
musavat.com

10Источники