Böyük Britaniyanın Baş naziri Keir Starmer Hindistanın Baş naziri Narendra Modinin dəvəti ilə oktyabrın 8-də Hindistana ilk rəsmi səfərini edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bildirilib ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın irəliləyişini müzakirə etmək üçün bir araya gələcəklər.
Eyni zamanda, Böyük Britaniya və Hindistan arasında əməkdaşlığı artırmaq üçün nəzərdə tutulmuş təşəbbüs və iki ölkə arasında bağlanmış azad ticarət sazişindən sonra biznes və sənaye liderləri ilə əlaqə quracaqlar.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта