RU

Bəzi göllərdə balıqlara yem əvəzinə toyuq peyini verilirAÇIQLAMA/VİDEO

Bəzi nohurlarda, göllərdə balıqlara yem əvəzinə toyuq zılı verilir.

Bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Xəzər Xəbər"ə müsahibəsində bildirib.

Xezerxeber.az-ın məlumatına görə, Eyyub Hüseynov deyib ki, həmin tullantılarda balıqlara lazım olan qurdlar əmələ gəlir.

Adının çəkilməsini istəməyən balıq saxlayan Neftçala sakini bu məlumatı təsdiqlədi, lakin müsahibə verməkdən imtina etdi.

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinə sorğu ünvanladıq. Mərkəzdən bildirildi ki, istər məişət, istərsə də sənaye, bio-tullantılar və kanalizasiya çirkab sularının hər hansı su hövzəsinə təmizlənmədən axıdılması qanunla qadağandır. Bu qadağa həmin hövzələrdə əmtəə balığı yetişdirilməsindən asılı olmayaraq tətbiq edilir.

“Əgər qeyd etdiyiniz kimi, faktiki pozuntular aşkar edilərsə, məhsulu utilizasiya etməyinizi deyil, dərhal Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməyinizi xahiş edirik. Bu, istehsalçının fəaliyyətinin qanunvericiliyə uyğunluğunun ətraflı araşdırılması və qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün zəruridir”, deyə Balıqçılıq və Akvakultura Mərkəzindən bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
131
xezerxeber.az

1Источники