“Qarabağ” “Kəpəz”ə də qalib gəldi - 1:0.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında Qurban Qurbanov media önünə çıxıb.
- Azərə uğurlar arzu edirəm. Məsuliyyətli işin altına girdi. Keçən il də bu vəziyyətdə gəlib, böyük işlər gördü. İndi də meydanda başqa kollektiv var idi. Futbolçularımı təbrik edirəm. Oyun keyfiyyəti aşağı idi. Oyun çox dayanırdı. Daha istəkli olmalı idik. Belə düşünürdüm. Oyunun atmosferi tam getməyib. Üç xal vacib idi. Sağ olsunlar. Hər iki tərəfin azarkeşlərinə təşəkkür edirəm. Oyun tempi aşağı idi. İkinci heyət olsa da, yorğunluq görünürdü.
- Milli fasilədə komandaya nə qədər istirahət verəcəksiz?
- Yorğunluq ola bilər. Oynamayan futbolçular ritmdən uzaq düşür. Meydança amili də problem oldu. “Turan Tovuz”, U-19 komandamız da burda oynayır. Avropadakı oyun sürəti ilə burda çox fərq var. 4 gün fasilə verəcəm.
- ÇL-də altıncı pillədəsiz. Milli fasilədə temp komandaya necə təsir edəcək?
- Demək çətindi. Kollektiv şəkildə istirahət vacibdi. Millinin oyunçularında problem olacaq. Fiziki və psixoloji yorğunluq olacaq. Bu məni həmişə narahat edir. Fiziki yorğunluğu bərpa etmək olur. Psixoloji yorğunluq isə çox çətindi. Bəlkə də bizim üçün fayda var.
- Kamilo Duranı əsas hücumçu kimi planlaşdırmışdız, yoxsa Nərimanın zədəsinə görə belə oldu?
- Oyunçuya baxanda onun potensialını görmüşdük. Sağda və solda oynaya bilir. Nəriman hələ təzə qoşulub. Potensiallı futbolçular komandaya əlavə fayda verir və bu, mövsümün gedişatında da özünü göstərir. Nəriman hələ təzə qayıdıb, buna görə də bu gün onu ehtiyatda saxladıq. 90 dəqiqə oynatmaqdan ehtiyat etdim. Danışıq apardığımız hücumçular alınmayanda gördük ki, Musa və Nərimandan əlavə, Duran da həmin mövqedə oynaya bilir. Bu da mənim üçün əlavə üstünlükdü.
- “Atletik”i təhlil etmisiz?
- Hələ yox.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта