RU

III MDB Oyunlarında çövkən finalında Azərbaycan və Özbəkistan üz-üzə gələcək

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında çövkən yarışlarının yarımfinal mərhələsi yekunlaşıb.

90deqiqe.Az xəbər verir ki, günün ikinci qarşılaşmasında Qırğızıstan və Özbəkistan komandaları finala vəsiqə uğrunda mübarizə aparıblar.

Gərgin keçən matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan Özbəkistan komandası finala yüksəlib.

Beləliklə, çövkən yarışlarının finalında Azərbaycan və Özbəkistan komandaları üz-üzə gələcəklər. Həlledici qarşılaşma oktyabrın 7-də keçiriləcək. Qazaxıstan və Qırğızıstan yığmaları isə oktyabrın 6-da bürünc medal uğrunda qarşılaşacaqlar.

Избранный
60
90deqiqe.az

1Источники