RU

Biz sülhə “hə” dedik, tarixə arxa çevirəcəyik demədik

Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlərlə hücum etməsindən 5 il ötür. Düz 5 il bundan öncə - 4 oktyabr 2020-ci il tarixində Gəncəni qadağan edilmiş raketlərlə ağır bombardımana məruz qoyan Ermənistan, bununla insanlıq üçün necə böyük təhlükə mənbəyi olduğunu sübut etdi.

Hər şeydən öncə bu bombardıman sübut etdi ki, Ermənistan Azərbaycana açıq hərb meydanında qalib gələ bilməyəcəyinə əmindir və buna görə də mülki insanları atəşə tutmaqla müharibənin gedişatını dəyişməyə, ən azından Azərbaycan Silahlı Qvvələrinin hücumunu dayandırmağa çalışır.

İkincisi, Gəncənin raket atəşinə tutulması göstərdi ki, Ermənistan mövcud status-kvonun dəyişməsini əngəlləmək üçün hər cür əmələ, eləcə də ən ağır hərbi cinayətlərə əl atmağa hazırdır.

Üçüncüsü, baş verənlər göstərdi ki, erməni faşizmi öz xislətini dəyişməyib və Birinci Qarabağ müharibəsində törətdiyi vəhşilikləri eyniylə 44 günlük müharibədə də davam etdirməkdədir.

Və nəhayət, Gəncənin raket zərbələrinə məruz qalması təsdiqlədi ki, erməni faşizmi yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün təhlükəlidir və buna görə də ona qarşı mübarizədə bütün insanlıq həmrəylik sərgiləməlidir.

Məlumdur ki, 8 avqust 2025-ci il Vaşinqton görüşündən sonra Cənubi Qafqazda yeni bir reallıq formalaşıb. Bu, sülh mətninin paraflanmasının özü ilə gətirdiyi reallıqdır. Lakin bu da bir həqiqətdir ki, biz sülhə “hə” demişik, tarixə arxa çevirəcəyik deməmişik.

Azərbaycanın uznmüddətli səyləri nəticəsində Cənubi Qafqazda sülh təmin olunsa da, tarix tarixliyində qalır və biz bu tarixi daim göz önündə tutmağa, onu yada salmağa, ondan öyrənməyə borcluyur. Ən azından gələcəyə necə addımlamalı olduğumuzu bilmək üçün...

Seymur ƏLİYEV

 

Избранный
32
1
moderator.az

2Источники