RU

Oqtay Şirəliyev dəfn olundu

Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevlə vida mərasimi Təzəpir məscidində keçiriləcək.

Busaat.az Oxu.az-a istinadən xəbər verir ki, vida mərasimi saat 11:00-da baş tutacaq.

Məlumata görə, vida mərasimindən sonra O.Şirəliyevin nəşi Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, sabiq nazir dünən 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.

***

Baş nazir Əli Əsədov sabiq səhiyyə naziri Oqtay Şirəliyevin Təzəpir məscidində keçirilən vida mərasimində iştirak edir.

Bundan başqa, baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, ADA Universitetinin rektoru Hafiz Paşayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Prezidentinin köməkçisi – Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də vida mərasiminə qatılıblar.

Избранный
30
4
busaat.az

5Источники