RU

Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli oldu

III MDB Oyunlarında Azərbaycanın çövkən millisinin finaldakı rəqibi bəlli olub.

News24.az xəbər verir ki, yarımfinalda Qığızıstan Özbəkistanla üz-üzə gəlib.

Şəki şəhər stadionunda baş tutan görüşün əsas və əlavə olunmuş vaxtı 1:1 hesabı ilə yekunlaşıb.

Qalib isə penalti zərbələri nəticəsində bəlli olub.

Penalti seriyasında daha dəqiq olan Özbəkistan yığması Qırğızıstanı 2:1hesabı ilə məğlub edərək finala yüksəlib.

Beləliklə, Özbəkistan yığması Azərbaycan millisi ilə finalda qarşılaşacaq.

Избранный
154
2
news24.az

3Источники