RU

İranda altı nəfər edam edildi

BAKI, 4 oktyabr. TELEQRAF

Bu gün İranda İsraillə əlaqədə ittiham olunan 6 nəfər edam edilib.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Ölüm hökmü Xuzistan əyalətində icra olunub.

“Terrorçular dörd təhlükəsizlik əməkdaşının öldürülməsi və Xoramşəhrdə bomba partlayışı da daxil olmaqla bir neçə zorakılıq aktına görə məsuliyyəti öz üzərinə götürüblər”, - İran mənbələri bildirib.

Daha ətraflı məlumat hələ açıqlanmayıb.

Избранный
62
1
teleqraf.com

2Источники