BAKI, 4 oktyabr. TELEQRAF
“Görəcəksiniz, bu gün bir milyona yaxın vətəndaşımız “Gürcü arzusu”nu dəstəkləyəcək və Rustaveli prospektində (Tbilisi) xeyli az, 100-200 dəfə az insan toplaşacaq”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze seçimini etdiyi seçki məntəqəsində jurnalistlərə deyib.
Baş nazirin sözlərinə görə, hakim partiyanın reytinqi 65 faizdirsə, ağıllı adam onu devirmək, inqilab təşkil etmək barədə düşünməməlidir.
“(Müxalif Milli Hərəkat Partiyasından olan) Paata Burçuladzenin elan etdiyi devrilmə mitinqinin necə baş tutacağını görəcəksiniz. Bir daha xəbərdarlıq edirəm: heç kimin qanunu pozmasına və qanunu tapdalamasına imkan verməyin. Əgər bu, dinc yolla baş versə, yaxşıdır, amma zorakılığa əl atmağa cəhd edərlərsə, cavab veriləcək.
Tam səfərbərlik şəraitində belə, müxalifətin uğur qazanma ehtimalı çox aşağıdır. Görəcəksiniz, bu gün bir milyona yaxın vətəndaşımız “Gürcü Arzusu”nu dəstəkləyəcək və Rustaveli prospektinə daha az, 100-200 dəfə dəfə daha az adam toplaşacaq. “Gürcü Arzusu”nun reytinqi 65 faiz olarkən, ağıllı adam onu devirmək və inqilab təşkil etmək haqqında necə düşünə bilər”, - baş nazir qeyd edib.
Xatırladaq ki, bu gün Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir.
Müxalifət hakimiyyəti dinc yolla devirmək məqsədi ilə bu gün kütləvi etiraz aksiyası təşkil etməyi planlaşdırır. Vahid Milli Hərəkat Partiyasının keçmiş rəhbəri Levan Xabeişvili və eyni partiyadan olan Tbilisi Şəhər Şurasının üzvü Zviad Kuprava Bidzina İvanişvili hökumətinin devrilməsinə çağırışlara görə həbs edilib.