BAKI, 4 oktyabr. TELEQRAF
Azərbaycanın sabiq səhiyyə naziri Oqtay ŞirəliyevinTəzəpir məscidində vida mərasimi başlayıb.
Teleqraf xəbər verir ki, vida mərasimində səhiyyə naziri Teymur Musayev, TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov və ictimai-siyasi şəxslər iştirak edirlər.
Qeyd edək ki, O.Şirəliyevötən gün 75 yaşında Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki yaşadığı evdə dünyasını dəyişib.
O bu gün Yasamalda “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.