RU

Azərbaycan dekolonizasiya məsələlərində fəal iştirak edir - Tofiq Musayev

Bakı. Trend:

Azərbaycan dekolonizasiya məsələləri üzrə beynəlxalqmüzakirələrdə fəal iştirak edir və töhfə verir.

Trend-inməlumatına görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi TofiqMusayev BMT Baş Assambleyasının Xüsusi Siyasi və DekolonizasiyaKomitəsində çıxışı zamanı bildirib.

Diplomat vurğulayıb ki, Azərbaycan 2019-2023-cü illərdəQoşulmama Hərəkatına sədrliyi dövründə müstəmləkəçiliyin kökününkəsilməsi məsələsini prioritet hesab edib və müstəmləkəsizləşməninaktuallığını dəstəkləyən Hərəkatın kollektiv səsiningücləndirilməsinə xüsusi diqqət yetirib.

“Azərbaycan BMT Nizamnaməsində və Baş Assambleyanınmüstəmləkəsizliyə dair müvafiq qətnamələrində təsbit olunmuşprinsiplərin tam şəkildə həyata keçirilməsinin tərəfdarıdır.2024-cü ildə və bu ilin əvvəlində Azərbaycan Karakas və Dilidəmüstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsihaqqında Bəyannamənin həyata keçirilməsi ilə bağlı Vəziyyət üzrəXüsusi Komitənin təşkil etdiyi regional seminarlarda iştirak edib”,– deyə T.Musayev əlavə edib.

Избранный
10
az.trend.az

1Источники