“Maklaren” komandasının pilotu Oskar Piastri komandasının Azərbaycan Qran Prisində uğursuz çıxışından danışıb.
Publika.az xəbər verir ki, “Motorsport” Oskar Piastrinin sözlərini sitat gətirib:
“Bakıdakı yarışda kimin qalib olmasından asılı olmayaraq, bir daha belə həftə sonları keçirmək istəmirik. Öz tərəfimdən deyə bilərəm ki, Bakıda həftəsonu çətin dərslər aldım.