RU

Azərbaycanda bu klubun baş məşqçisi də istefa verdi

ain.az, Milli.az portalına istinadən məlumat verir.

I Liqada çıxış edən "Difai"də növbəti dəfə baş məşqçi ayrılığı gerçəkləşib.

Hüseynqulu Quliyev bu gün "Cəbrayıl" ilə keçirilən matçdan (0:4) sonra vəzifəsini tərk eləyib. Avqustda sükan arxasına keçmiş sükançı öz istəyi ilə postundan gedib.

Səbəb komandanın mövsümə uğursuz start verməsidir.

Sezona "Baku Sproinq"lə səfər heç-heçəsiylə (2:2) başlayan kollekttiv axır 3 turda məğlubiyyətlə üzləşib.

"Səbail"ə 1:2 və "Mingəçevir"ə 0:2 hesabıyla yeniliblər. Dörd turun yekununa əsasən, "Difai" turnir cədvəlində 10-cu - sonuncu pilləyə yuvarlanıb.

Aşağı liqada üçüncü mövsümünü keçirən Ağsu təmsilçisi ötən müddətdə 8 baş məşqçi dəyişib.

Hüseynqulu Quliyevdən öncə burada Paşa Əliyev, Elgiz Kərəmli, Adil Mahmudov, Xaqani Məmmədov, Aydın Qasımov, Kərim Diniyev və Araz Bağırov çalışıb. (sportinfo)Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
52
1
news.milli.az

3Источники