RU

Finlandiyada Rusiya sərhədi yaxınlığında NATO-nun quru qüvvələrinin qərargahı açılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Sankt-Peterburq şəhərindən cəmi 300 kilometr məsafədə yerləşən Mikkelidə (Finlandiya) NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahı (MC LCC) rəsmi olaraq açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bəyan edilib.
"2023-cü ilin payızında NATO-ya üzv dövlət kimi qarşımıza qoyduğumuz ilk hədəf Finlandiyada NATO-nun mənzil-qərargahına tabe olan bir qərargahın yerləşdirilməsi idi. 2024-cü ilin iyun ayında NATO müdafiə nazirlərinin görüşündə məqsədimiz təsdiqləndi. İndi, bir il sonra, Finlandiyada qərargahı açırıq", - deyə ölkənin müdafiə naziri Antti Hyakkyanen bildirib.
Finlandiya Müdafiə Nazirliyinin bəyanatında, həmçinin qeyd olunub ki, qərargah MC LCC-nin fəaliyyətini planlaşdıracaq və əlaqələndirəcək. Normal şəraitdə qərargah NATO təlimləri və digər tədbirlərin keçirilməsinə cavabdeh olacaq, fövqəladə şəraitdə isə Uzaq Şimalda quru əməliyyatları və müdafiəni nəzarətdə saxlayacaq və planlaşdıracaq.
Избранный
29
1
oxu.az

10Источники