RU

Qarabağ atları Türkiyəyə göndəriləcək

Ağcabədidə yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə III MDB Oyunları ilə əlaqədar Azərbaycanda səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe jurnalistlərə açıqlamasında bildirib. O, Sivasda ölkənin ilk ixtisaslaşmış çövkən kompleksinin inşa olunduğunu və Türkiyənin qədim oyunun dirçəldilməsinə böyük önəm verdiyini qeyd edib.

Qeyd olunub ki, Azərbaycanın dəstəyi ilə çövkən idman növünün birgə inkişafı istiqamətində fəal iş aparılır.

Xatırladaq ki, MDB Oyunlarında çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırıb. Azərbaycan milli komandası isə iki inamlı qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.

Избранный
64
16
90deqiqe.az

10Источники