RU

Yeni müharibənin anonsu verildi: hər iki ölkə hazırlıqlara başlayıb

İsrailin keçmiş müdafiə naziri, hazırda sağçı “Yisrael Beiteinu” partiyasına rəhbərlik edən Aviqdor Liberman bəyan edib ki, yəhudi dövlətinin sakinləri İsraillə yeni müharibəyə hazırlaşmalıdırlar: “Kim İranla insidentin bitdiyini düşünürsə, yanılır və aldanır. İranlılar artıq fəal işləyirlər.

Onlar hər gün müdafiə və hərbi imkanlarını gücləndirirlər. Nüvə obyektləri üzərində işlər bərpa olunub”, – Aviqdor Liberman deyib.

Libermanın sözlərinə görə, İranda nüvə obyektləri üzərində iş bərpa olunub və Tehran eskalasiyanın yeni raundu ilə İsraili “təəccübləndirməyə” çalışacaq. Liberman sakinləri sığınacaqların yaxınlığında qalmağa çağırıb və qeyd edib ki, Təl-Əviv hökumətinə “güvənmək olmaz”.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Korpusu generalı Hossein Nejat daha əvvəl bəyan etmişdi ki, İranın hərbi potensialı İsraillə 12 günlük müharibədən sonra on dəfə artıb.

//Samir Qurbanov, Editor.az

Избранный
84
editor.az

1Источники