RU

Bakıda müəllimlər təltif edilib

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsilmüəssisələrində çalışan bir qrup təhsil işçisi 5 Oktyabr-BeynəlxalqMüəllimlər Günü münasibətilə təltif edilib.

Trend xəbər verir ki,tədbirdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BakıŞəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edənNərminə Hüseynova, MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsininmüdiri İlahə Rəsulova, Təhsil İnstitutunun direktor müavini FuadQarayev, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafımərkəzinin direktoru Nəzakət Mehdiyeva, BŞTİ-nin müvafiq strukturbölmə rəhbərləri, məktəb direktorları və müəllimlər iştirakediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi iləbaşlayan tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.

Tədbir iştirakçılarını salamlayan Nərminə Hüseynova cəmiyyətinaparıcı qüvvəsi olan təhsil işçilərini Beynəlxalq Müəllimlər Günümünasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlararzulayıb.

N.Hüseynova təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslintəlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görəElm və Təhsil Nazirliyi tərəfindən 16 təhsil işçisinin “AzərbaycanRespublikası qabaqcıl təhsil işçisi” döş nişanı, 30 təhsilişçisinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin FəxriFərmanı” və 92 təhsil işçisinin BŞTİ-nin Təşəkkürnaməsi ilə təltifolunduğunu qeyd edib.

Dövlət başçısı İlham Əliyevin təhsilə göstərdiyi diqqət vəqayğıdan, təhsil sahəsində aparılan islahatlardan danışanN.Hüseynova ölkəmizdə təhsil işçilərinin, xüsusən də müəllimlərindövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

MÜTDA-nın Uşaq inkişafı və rifahı şöbəsinin müdiri İlahəRəsulova, Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev müəllimnüfuzunun artırılması, nüfuzlu təhsilverənlərin formalaşdırılmasıistiqamətində dövlətin təhsil siyasətinə uyğun olaraq məqsədyönlütədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb, ölkəmizinintellektual potensialının gücləndirilməsi yolunda yorulmadanfəaliyyət göstərən təhsilverənlərə gələcək işlərində uğurlararzulayıblar.

Təhsil işçiləri onların əməyinə verilən dəyərə görətəşəkkürlərini bildirib və bundan sonra da üzərlərinə düşən məsulvəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.

Sonra təltif olunmuş 46 təhsil işçisinə “Azərbaycan Respublikasıqabaqcıl təhsil işçisi” döş nişanı və “Azərbaycan Respublikası Elmvə Təhsil Nazirliyinin Fəxri Fərmanı” təqdim edilib.

Pedaqoji fəaliyyətində səmərəli xidmətlərinə görə 92 təhsilişçisi BŞTİ tərəfindən Təşəkkürnamə ilə təltif edilib.

Tədbirdə 2, 3, 5, 7 və 8 nömrəli uşaq-gənclər inkişafmərkəzlərinin dərnək üzvlərinin ifasında müxtəlif musiqi və rəqsnömrələri təqdim olunub.

Избранный
10
18
az.trend.az

10Источники