RU

Qarabağ ın ÇL də günün ən yaxşı qolunun müəllifi: Buna ehtiyacım var idi

ain.az, Idman.biz saytına istinadən bildirir.

"UEFA Çempionlar Liqasının əsas mərhələsində günün ən yaxşı qolunun müəllifi olmaq xüsusi bir hissdir".

Bunu "Qarabağ"ın hücumçusu Emmanuel Addai "Report"a açıqlamasında bildirib.

Futbolçu Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri matçda fərqləndiyi üçün çox xoşbəxt olduğunu bildirib: "Düzünü desəm, qollar həmişə özəldir. Qol vurduğuma görə çox xoşbəxtəm. Çünki buna həqiqətən ehtiyacım var idi. Həftənin qolu seçilməsi isə xüsusi bir hissdir, həm də qürurdur. Məşqçilər heyətinə, komanda yoldaşlarıma və azarkeşlərimizə dəstəyə görə təşəkkür edirəm".

Qeyd edək ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i 2 cavabsız qolla üstələyib. Addai "köhlən atlar"ın ikinci qoluna imza atıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
48
3
icma.az

4Источники