RU

III MDB Oyunları: Nahid Abbasov çempion oldu, daha altı güləşçimiz medal qazandı

Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sərbəst güləş yarışlarına start verilib.

İlk gündə oğlanlar arasında 45 kq, 51 kq, 60 kq, 71 kq və 92 kq, qızlar arasında isə 40 kq, 46 kq, 53 kq və 61 kq çəki dərəcələrində mübarizə aparılıb.

Azərbaycanı təmsil edən 8 güləşçidən 7-si medal qazanıb. Nahid Abbasov (71 kq) çempion olub. Hacıhüseyn Əhmədzadə (51 kq)və Rəşid Nəzərov (60 kq) gümüş medal, Hüseyn Rzazadə (45 kq), Nəzrin Əhmədli (46 kq), Xədicəxanım Talıbova (53 kq) vəAmin Nəsibov (92 kq) isə bürünc medal qazanıblar.

Избранный
19
8
teleqraf.com

9Источники