RU

III MDB Oyunları: 3 karateçimiz qızıl medal qazanıb - FOTO

Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevir “Kür” olimpiya Kompleksində karate yarışları keçirilib.

 

Apasport.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb.

Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medala sahib çıxıb.

 

Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.

 

Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.

 

İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.

 

Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.

İdmançımız Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub

Karateçilərimiz III MDB Oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb

Karateçimiz Çində gümüş medal qazanıb - YENİLƏNİB

Təmsilçimiz Türkiyədə çempion olub

Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb

Избранный
6
6
apasport.az

7Источники