Apasport saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu gün III MDB Oyunları çərçivəsində Mingəçevir “Kür” olimpiya Kompleksində karate yarışları keçirilib.Apasport.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində iki azərbaycanlı karateçi qarşılaşıb.
Mədinə Sadiqova Nəzrin Piriyevaya qalib gələrək qızıl medala sahib çıxıb.Digər təmsilçimiz Nuran Rzazadə (-67 kq) qırğızıstanlı Yerlan Akılbekə qalib gəlib (7:3) və qızıl medal qazanıb.Bundan başqa Roman Heydərov (kata) özbəkistanlı Səməndər Urazaliyevə qalib gələrək qızıl medala sahib çıxıb.İnci Əzizova (50 kq), Aslan Dostuyev (67 kq), Ramilə Heydərova və Rövşən Əliyev (hər ikisi kata) yarımfinalda uduzduqları üçün bürünc mükafatla kifayətləniblər.Qeyd edək ki, karate yarışlarına oktyabrın 4-də yekun vurulacaq.
İdmançımız Türkiyədə keçirilən beynəlxalq turnirdə çempion olub
Karateçilərimiz III MDB Oyunlarına hazırlıq üçün Türkiyəyə yollanıb
Karateçimiz Çində gümüş medal qazanıb - YENİLƏNİB
Təmsilçimiz Türkiyədə çempion olub
Azərbaycan Karate-Do Federasiyasının prezidentinin vəfat səbəbi açıqlanıb
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.