RU

Tramp HƏMAS-a üç gün vaxt verdi

BAKI, 3 oktyabr. TELEQRAF

ABŞ prezidenti Donald Tramp radikal Fələstin hərəkatı HƏMAS-ın Amerikanın təklif etdiyi anlaşmanın şərtləri ilə oktyabrın 5-nə kimi razılaşmalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" hesabında yazıb.

“Razılaşma oktyabrın 5-nədək əldə olunmalıdır. Bütün ölkələr sazişi imzalayıb! Bu son şans reallaşmasa, HƏMAS heç kimin görmədiyi cəhənnəmlə üz-üzə qalacaq”, – Tramp qeyd edib.

Избранный
16
teleqraf.com

1Источники