RU

Lukaşenko Belarus məmurlarına daha az danışmağı tapşırıb

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko, Minsk vilayətindəki Soliqorsk toyuq fabrikinə etdiyi səfər zamanı, region rəhbərliyini və ümumilikdə məmurları daha az danışmağa və daha çox işləməyə çağırıb, "həddindən artıq kabinetlərdə oturmamağı" tapşırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "BelTA" xəbər agentliyi məlumat yayıb.

"Az danışmaq, daha çox iş görmək lazımdır. Bu, mənim sizə açıqca verdiyim tövsiyədir", – deyə dövlət başçısı bildirib.

Agentliyin məlumatına görə, Lukaşenko əvvəlcə payızlıq əkinin başa çatıb-çatmadığını öyrənib. Vilayətin rəhbəri Aleksey Kuşnarenko prezidentə məlumat verərək, əkin işlərinin artıq başa çatmaq üzrə olduğunu bildirib.

27 sentyabrda Aleksandr Lukaşenko Mogilyov vilayətinə işgüzar səfəri zamanı, 1980-ci illərdə özü rəhbər olmuş "ASB-Agro Qorodets" müəssisəsini ziyarət edib və burada baş nazir müavini Yuri Nazarov və digər məmurları sərt tənqid edib. Prezident, tarlalarda "yad texnikanın" olduğunu da müşahidə edərək, məmurlara bununla bağlı "araşdırma aparacağına" söz verib.

Öncə isə Lukaşenko özünü narahat edən bir yuxu haqqında danışıb.

"Mən yuxuda görürəm ki, yenidən "Qorodets"də işləyirəm. Sonra da yuxuda fikirləşirəm: niyə kimdənsə nəyisə xahiş edirəm? Mən prezidentəm. Bu "Qorodets" işi məni buraxmayacaq. Düşünürəm ki, yaxşı, dayanmalıyam", - deyə o qeyd edib.

Lukaşenko bildirib ki, o, əvvəllər gələ bilməyib, lakin indi Moskvadan gedərkən burada dayanmaq qərarına gəlib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
51
bizimyol.info

1Источники