RU

“Bayraktar Technology” şirkəti Azərbaycanda dron istehsalına başladı

Türkiyənin "Baykar Makina" şirkətinin Azərbaycandakı törəməsi olan "Bayraktar Teknoloji Azerbaycan" ölkədə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına start verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Yeni müəssisə Azərbaycanın müdafiə sənayesində yerli istehsalı gücləndirməklə yanaşı, iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinə töhfə verəcək.

Şirkət bu ilin may ayında rezidenti olduğu Sumqayıt Sənaye Parkında fəaliyyət göstərir.

Избранный
6
operativmm.az

1Источники