RU

Biləsuvarda yol qəzası olub, ölən və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Bu gün saat 15:20 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,1992-ci il təvəllüdlü şəxsə sol topuğun səthi travması diaqnozu təyin olunub. Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Hadisə nəticəsində Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1986-cı il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, serebral komatoz vəziyyət diaqnozu təyin olunub. Həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 14:00 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.

Gülcahan Məmmədova

***

14.46

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar-Bəhrəmtəpə magistralında, Biləsuvar rayonunun Arazbari kəndi ərazisində qeydə alınıb.

"VAZ 2107" və "Mercedec" markalı minik avtomobillərinin toquşması nəticəsində bir ailənin üzvləri – sürücü, həyat yoldaşı və iki azyaşlı övladı – müxtəlif dərəcəli xəsarətlər alıb. “VAZ 2107”nin sürücüsü, 1977-ci il təvəllüdlü Cəlilabad sakini Abışov Mahir Ədalət oğlu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

“Mercedes”in sürücüsü Qax sakini Pərviz Abıyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Sürücünün maşında sıxılıb qalan nəşi Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsinin əməkdaşları tərəfindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Biləsuvarda Biləsuvarda Biləsuvarda
Избранный
3
apa.az

1Источники