“Macar xalqı Ukrayna ilə ittifaqda olmaq istəmir. Biz ukraynalıların qəhrəmancasına mübarizəsinə rəğbət bəsləyirik, lakin onların taleyini bölüşmək istəmirik.” Baş nazir əlavə edib ki, Macarıstan Ukrayna ilə ikitərəfli tərəfdaşlığı dəstəkləyir, lakin tamhüquqlu üzvlük ideyasını qəbul etmir:
“Ukraynanı qəbul etsək, Rusiya ilə müharibə vəziyyətində olarıq. Biz Ukrayna üçün ölmək istəmirik”, – deyə o, macar xalqının təhlükəsizliyinin prioritet olduğunu vurğulayıb. Orbanın bu sərt mövqeyi Aİ-nin mövcud siyasətindən kəskin şəkildə fərqləndiyindən, o, Brüsselin hərbi planlarına qarşı ümummilli imza kampaniyasına çağırış edib.