RU

Cəlilabadda Heydər Əliyev Fondu tərəfindən inşa olunan məktəb binası istifadəyə verilib (FOTO)

Bakı. Trend:

Cəlilabad rayonunun Göytəpə şəhərində yeni məktəb binasıistifadəyə verilib. Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbüçün yeni binanın inşasına Heydər Əliyev Fondu tərəfindən 2024-cüilin oktyabr ayında başlanılmışdı.

Trend xəbər verir ki, qısa müddətdə tikintiişləri başa çatdırılıb, müasir tələblərə cavab verən təhsil ocağıinşa olunub.

Üç mərtəbəli, iki korpusdan ibarət məktəb binası 625 şagirdyerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiyalaboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları,texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar,qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları,açıq mini stadion – idman meydançası fəaliyyət göstərəcək.

Məktəb binası zəruri mebel və avadanlıqlarla təchiz olunub, fənnkabinetləri və laboratoriyalar isə müasir əyani vəsaitlərlə təminedilib. Bundan əlavə, məktəbin həyətyanı ərazisində abadlıq vəyaşıllaşdırma işləri aparılıb.

Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Cəlilabadda
Məqalədə:
Избранный
51
3
az.trend.az

4Источники