RU

Ümummilli Lider Heydər Əliyevin Prezidentliyi milli ideologiyanın bərpası, xalqın öz gücünə inanması demək idi – Deputat

Bakı. Trend:

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqımızınyaddaşına əbədi həkk olunur. Bu günlərdən biri də 1993-cü iloktyabrın 3-dür. Həmin gün xalqımız öz taleyini, müstəqilliyini vədövlətçiliyini qurtuluş yoluna çıxarmaq üçün tarixi bir qərarverdi.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı SəbinəSalmanova deyib.

Deputat bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpaetdiyi ilk illərdə ağır sınaqlarla üz-üzə qalmışdı:

“1990-cı illərin əvvəllərində hakimiyyətdə olan AXC-Müsavatcütlüyünün səriştəsizliyi, dövlət idarəçiliyindəki xaos, millibirliyin olmaması ölkəmizi parçalanmaq və məhv olmaq təhlükəsi iləüz-üzə qoymuşdu. Ermənistanın hərbi təcavüzü isə bu təhlükəni dahada dərinləşdirirdi. Bir tərəfdən siyasi böhran, digər tərəfdənişğalçılıq siyasəti nəticəsində torpaqlarımız ard-arda itirilir,xalqımıza qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyatakeçirilirdi. Məhz belə bir məqamda xalqın xilası üçün güclü, müdrikvə qətiyyətli liderə ehtiyac vardı. Bu lider Heydər Əliyevidi”.

Onun sözlərinə görə, həmin dövrdə xalqın təkidi ilə hakimiyyətəqayıdan Ulu Öndər Heydər Əliyevin qətiyyəti, zəngin dövlətçiliktəcrübəsi və uzaqgörənliyi Azərbaycanı parçalanmaq təhlükəsindənxilas etdi:

“Lakin xalqın inamı daha böyük idi. 1993-cü il oktyabrın 3-dəkeçirilən ümumxalq seçkilərində Heydər Əliyev böyük səs çoxluğu iləAzərbaycan Respublikasının Prezidenti seçildi. Bu gün tariximizinqürur səhifəsi kimi xatırlanan həmin gün, əslində,müstəqilliyimizin xilası, dövlətçiliyimizin möhkəmlənməsi vəxalqımızın gələcəyə inamının bərpası demək idi.

Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycanda sabitlikbərqərar olmağa başladı. Ölkə daxilində vətəndaş müharibəsitəhlükəsi aradan qaldırıldı, dövlətçiliyin əsaslarımöhkəmləndirildi. İqtisadiyyatı bərpa etmək üçün mühüm addımlaratıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu artdı. Ulu Öndərinuzaqgörən siyasəti nəticəsində 1994-cü ildə imzalanan “Əsrinmüqaviləsi” ölkənin iqtisadi inkişafının əsasını qoydu,Azərbaycanın gələcəkdə enerji xəritəsində mühüm yer tutmasını təminetdi”.

Parlamentari söyləyib ki, Ümummilli Lider Heydər ƏliyevinPrezidentliyi həm də milli ideologiyanın bərpası, xalqın öz gücünəinanması demək idi:

“O, müstəqil Azərbaycanın dövlət atributlarını möhkəmləndirdi,ordu quruculuğunu prioritetə çevirdi, milli həmrəylik və birlikideyalarını gerçəkləşdirdi. Hər addımı ilə xalqın Prezidentinəçevrildi, dövlətçiliyin dayaqlarını möhkəmləndirdi”.

S.Salmanova qeyd edib ki, bugünkü güclü, qüdrətli Azərbaycan UluÖndər Heydər Əliyev siyasətinin nəticəsidir:

“Dövlət başçısı İlham Əliyev yeni dövrün çağırışlarına uyğunşəkildə zənginləşdirərək, ölkəmizi regional güc mərkəzinə, sözsahibinə çevirib. Məhz bu siyasətin davamı olaraq Azərbaycanbeynəlxalq müstəvidə nüfuzlu mövqe qazanıb, ordumuz güclənmiş,2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər əldə edilib.

Tarixi həqiqət odur ki, 3 oktyabr 1993-cü ildə başlanmış böyükyol bu gün Prezident İlham Əliyevin müdrik və qətiyyətli liderliyiilə öz məntiqi zirvəsinə çatıb. Azərbaycan artıq regionda sülhün,sabitliyin və inkişafın təminatçısına çevrilib. 1993-cü iloktyabrın 3-də xalqımız yalnız Prezidentini seçmədi, həm də gələcəknəsillərin işıqlı sabahını müəyyənləşdirdi”.

Избранный
28
2
az.trend.az

6Источники