Türkiyə millisinin DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstan və Gürcüstanla oyunlar üçün heyəti açıqlanıb.
QOL.az xəbər verir ki, baş məşqçi Vinçenzo Montella yığmaya 27 futbolçu dəvət edib.
Türkiyə millisinin heyəti belədir:
Qapıçılar: Altay Bayındır, Berke Özer, Mert Günok, Uğurcan Çakır
Müdafiəçilər: Abdülkerim Bardakcı, Çağlar Söyüncü, Eren Elmalı, Ferdi Kadıoğlu, Merih Demiral, Mert Müldür, Samet Akaydın, Yusuf Akçiçek, Zeki Çelik
Yarımmüdafiəçilər: Atakan Karazor, Hakan Çalhanoğlu, İsmail Yüksek, Orkun Kökçü, Salih Özcan
Hücumçular: Arda Güler, Barış Alper Yılmaz, Can Uzun, Deniz Gül, İrfan Can Kahveci, Kenan Yıldız, Kerem Aktürkoğlu, Oğuz Aydın, Yunus Akgün
Qeyd edək ki, Türkiyə millisi Bolqarıstanla oktyabrın 11-də, Gürcüstanla isə oktyabrın 14-də qarşılaşacaq. Yığmanın üzvü Barış Alper Yılmaz cəzalı olması səbəbindən Bolqarıstanla görüşü buraxacaq.