Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya (14:15) məğlub olub.
Bununla da idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.
14:31
Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medalı özü üçün təmin edib.
"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, şpaqa növündə uğur qazanan idmançı 1/4 finalda Rusiya təmsilçisi Anastasiya İlyuşenkoya qalib gəlib.
M.Abasovanın yarımfinaldakı rəqibi Anastasiya Zabelina (Rusiya) olacaq.
Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.